“Apple” şirkəti “Google”u istifadəçilərə qarşı casusluqda ittiham edib.
Lent.az “Android Authority”a istinadən xəbər verir ki, “Apple” Android smartfonlarını "nəzarət cihazları" adlandırıb.
2013-cü ildə “Apple” şirkəti “Google”u Android smartfon istifadəçilərinə casusluqda ittiham etmişdi.
ABŞ Ədliyyə Nazirliyi “Google”a qarşı davam edən antiinhisar məhkəməsi zamanı “Apple”ın daxili kommunikasiyalarını açıqlayıb. Şirkətin vitse-prezidenti Eddie Cue tərəfindən “Apple” baş direktoru Tim Kuka göndərilən təqdimatda top menecer Android smartfonlarını “kütləvi izləmə cihazı” adlandırıb.
Cue həmçinin Tim Cooka bildirib ki, “Apple” məxfiliyə “Google”dan daha yaxşı yanaşır. Eddie Cue izah edib ki, “Apple” istifadəçi məlumatlarına yalnız lazım olduqda daxil olur. “Google” isə daim istifadəçi hesabından məlumat toplayır. Nümunə olaraq top menecer istifadəçinin hesabına bağlı olan “Google”un səsli köməkçisini göstərib. “Siri Assistant” isə digər “Apple” xidmətlərindən istehlakçı məlumatlarını qəbul etmir.
Qeyd edilir ki, 2016-cı ildəki daxili “Google” yazışmalarında “Apple”ın istifadəçi məlumatlarını paylaşmaq istədiyi bildirilir. Bildirilir ki, “Google” “Apple” cihazlarında əsas axtarış sistemidir və bunun üçün Amerika İT nəhəngi “Apple”a ildə 18-20 milyard dollar ödəyir.