Alimlər yaddaşımızın həcmini hesabladı:  İNANILMAZ FAKT!
11 dekabr 2021 00:15 (UTC +04:00)

Alimlər yaddaşımızın həcmini hesabladı: İNANILMAZ FAKT!

Yaddaşımızın həcmi 1 petabayt, yəni 1000 terabayt qiymətləndirilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Texas Universitetinin alimləri müəyyən ediblər ki, bir sinaps (iki neyron arasında əlaqə nöqtəsi) 4,7 bit yaddaş tutumuna malikdir.

Beyində sinapsların məlum sayını nəzərə alsaq, yaddaşın təxmini miqdarı bir petabayt təşkil edir - əvvəllər düşünüldüyündən 10 dəfə çox. 

Bu yaddaş miqdarı qrafik fayl şəklində çap edilsə, 20 sm enində 77 min km-dən çox uzanar.
 

# 3192
avatar

Rəsul SARI

Oxşar yazılar