Alman tədqiqatçıları koronavirusun laboratoriya mənşəyinə dair sübutlar əldə ediblər.
Lent.az xəbər verir ki, bu barədə “n-tv” kanalı məlumat yayıb.
Valentin Bruttel də daxil olmaqla üç alimdən ibarət qrup iddia edir ki, koronavirus 99,9% süni şəkildə yaradılıb.
Alimlər “Sars-CoV-2” genomunda məqsədyönlü genetik manipulyasiyanın bir növ izini tapdıqlarını iddia edirlər.
Vürzburq Universitet Xəstəxanasında immunologiya üzrə doktorluq dərəcəsi alan Bruttel telekanala bildirib ki, o hələ 2021-ci ilin yayında “Sars-CoV-2” genomunun laboratoriya mənşəyini göstərə biləcək xüsusiyyətlərini müşahidə edib.