Zaqatalaya dolu yağdı
12 mart 2024 09:53 (UTC +04:00)

Zaqatalaya dolu yağdı

Zaqatalaya dolu yağıb.

Lent.az-ın APA-ya istinadən məlumatına gərə, son günlər ölkəmizin hər yerində olduğu kimi, şimal-qərb bölgəsində də qeyri-sabit hava şəraiti hökm sürür.

Bölgənin yüksək dağlıq ərazilərinə qar, düzənlik ərazilərinə isə fasilələrlə qısa müddətli yağışlar yağır. Bu gün səhər saat 5 radələrindən sonra Zaqatala rayon mərkəzinin və ətraf ərazilərində küləkli və yağışlı hava şəraiti olub. Zaqatala şəhəri ərazisinə isə 10-15 dəqiqə ərazində dolu düşüb.

Dolu xırda olduğundan heç bir fəsad törətməyib.

# 6465
avatar

Oxşar yazılar