təhsil naziri Emin Əmrullayev
06 sentyabr 2021 15:30 (UTC +04:00)

təhsil naziri Emin Əmrullayev

Yeni tədris ili ilə bağlı Emin Əmrullayev sualları cavablandıracaq - YENİLƏNİB

Yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14:00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

Lent.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

***

13:25

Yeni tədris ilinin başlanması ilə əlaqədar son günlər yerli mediada, eləcə də sosial şəbəkələrdə müxtəlif məlumatlar paylaşılır.

Lent.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bununla bağlı bildirib ki, təhsil naziri Emin Əmrullayev sabah bununla bağlı müvafiq qərarı açıqlayacaq.

Xatırladaq ki, C.Valehov bir neçə gün əvvəl bildirmişdi ki, yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur:

"Bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək.

Tədrisin bütün pillələr üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək".

 

 

# 11931
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar