Yaponiyalı alimlər bütün dünyaya xəbərdarlıq ediblər. 100 ildə bir görülən böyük Günəş fırtınasının təsiri ilə elektrik enerjisi kəsiləcək, maqnit dalğası internet və elektriklə əlaqəli olan bütün cihazların işini pozacaq.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yaponiyalı alim Hisaşi Hayakava bildirib ki, 103 il öncə baş verən güclü günəş fırtınası Yer kürəsində böyük fəlakətlər törədib, günlərlə yanğın davam edib, elektrik enerjisi kəsilib.
“Fəlakətə hazır olmaq üçün telefonları, kompüterlər və elektriklə işləyən bütün cihazları enerji ilə doldurmaq, generatorları hazır saxlamaq lazımdır. Öncə 2025-ci ildə olacağını gözlədiyimiz günəş fırtınası, aktivliyin artması səbəbi ilə 2024-cü ilin əvvəlində baş verəcək”, - o bildirib.
Analoji fəlakət 1921-ci ilin may ayında baş verib və bütün dünyada böyük yanğınlara səbəb olub.
Növbəti qasırğa zamanı ürəyi elektrik batareyası ilə işləyən adamlar daxil bir çox insanların sağlamlığına çox ciddi təsir göstərəcək.
Müasir həyatı elektrik və internet olmadan təsəvvür etmək çətindir. Bu mənada fırtınaya hazırlıqsız yaxalanmaq böyük miqyaslı fəlakətə, insan ölümlərinə yol aça bilər.