Yeni ildə  maqnit qasırğası   XƏBƏRDARLIĞI
06 dekabr 2023 16:25 (UTC +04:00)

Yeni ildə maqnit qasırğası XƏBƏRDARLIĞI

31 dekabr 2023-cü il və 1 yanvar 2024-cü il tarixlərində Yer kürəsində maqnit qasırğası proqnozlaşdırılır. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Günəş Astronomiyası Laboratoriyasının (busiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu) saytında bildirilir.

Proqnozlara görə, qasırğa zəif olacaq - G1 sinfi. Dekabrın 18, 19 və 22-də zəif qasırğalar da gözlənilir.

Dekabrın 1-də Yer kürəsində G3 səviyyəli güclü maqnit qasırğası baş verib. Sinoptiklərin məlumatına görə, Bakı vaxtı ilə saat 13:00-da başlayan maqnit qasırğası 2023-cü ilin ən güclülərindən birinə çevrilib.


 
 

# 7770
avatar

Oxşar yazılar