31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.
Lent.az xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.
Müvafiq olaraq 2022-ci il dekabrın 31-i və 2023-cü il yanvarın 1-i şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il yanvarın 3 və 4-ü qeyri-iş günü olacaq.
Beləliklə, Yeni ildə 5 gün ardıcıl qeyri-iş günü olacaq.