Zümrüd Yağmur: "Selcan nə xəstədir, nə də yalançı"
20 sentyabr 2019 06:00 (UTC +04:00)

Zümrüd Yağmur: "Selcan nə xəstədir, nə də yalançı"

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmur qızı Selcan Yağmurun ona və anasına işgəncə verməsi ilə bağlı açıqlamasını təsdiqləyib.

APA-nın məlumatına görə, Z. Yağmur "Facebook" sosial şəbəkəsindəki statusunda yazıb: "Bu gün mən kifayət qədər səbirli davrandım. Amma Selcanı mental xəstə çıxarmağa çəhd edənlər, qarşınızda mən varam. Selcan nə xəstədir, nə də yalancı...18 yaşlı bir gənci linç edənlər, sizin vicdanınız varmı ki, ona xitab edim?"

Qeyd edək ki, sentyabrın 19-da AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur "Facebook" sosial şəbəkəsində status yazaraq, atası Fuad Qəhrəmanlının dəfələrlə ona və anası Zümrüd Yağmura işgəncə verdiyini, hətta onların barmaqlarını və diz qapağını qırdığını, artıq atasının zorakılığına dözməyin mümkün olmadığını qeyd edib. S.Yağmur bildirib ki, bu vəziyyətdən AXCP sədri Əli Kərimli də xəbərdar olub. Lakin o, qızlara və Zümrüd Yağmura "dözməyi və susub oturmağı" məsləhət bilib. Selcan Yağmur bütün bunlara görə atasından imtina etdiyini bildirib. F.Qəhrəmanlı əvvəlcə qızının "Facebook" profilinin oğurlandığını yazsa da, daha sonra qızının bu açıqlamanı "ağır emosional gərginlik" altında yazdığını qeyd edib.

Xatırladaq ki, bu il avqustun 1-də Zümrüd Yağmur Fuad Qəhrəmanlı ilə nikahının sonlandırılması üçün məhkəməyə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4012
avatar

Oxşar yazılar