Zaur Hüseynov metrodakı təhlükəsizlikdən danışdı
31 oktyabr 2014 13:00 (UTC +04:00)

Zaur Hüseynov metrodakı təhlükəsizlikdən danışdı

0

“Bakı Metropoliteni” QSC-nin istismar sektorunda hər bir əməkdaşın başlıca vəzifəsi qatarların hərəkətinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunmasından ibarətdir”. Lent.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov Yeni Azərbaycan Partiyasının saytına müshibəsində bildirib.

 

Z. Hüseynovun sözlərinə görə, görülən bütün tədbirlərin əsas məqsədi  də məhz budur: “Son illərdə tətbiq olunan innovasiyalar da qatarların hərəkətinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunmasına yönəlib. Qatarların hərəkətinin idarə olunması, sərnişin avtomatikası, eləcə də sərnişin-məlumat və mühafizə sistemləri hazırda yenilənməkdədir”.

 

QSC sədri onu da vurğulayıb ki, ən müasir texnologiyaların tətbiq olunmasında məqsəd bu sahədə insan faktorunu minumuma endirməkdən, daşımaların təhlükəsizliyinin etibarlılığını daha da gücləndirməkdən ibarətdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 747

Oxşar yazılar