Zaqatalaya qar yağıb
07 oktyabr 2013 10:29 (UTC +04:00)

Zaqatalaya qar yağıb

Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Azərbaycanın şimal-qərb bölgəsinə qar yağıb.


 

APA-nın yerli bürosunun məlumatına görə, son günlər Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə son iki gün ərzində fasilələrlə yağış yağır, havanın temperaturu gündüz saatlarında 10-8,  gecə saatlarında isə 2 dərəcə təşkil edir. Yüksək dağlıq ərazilərdə isə temperatur 0 dərəcədən aşağı düşüb. Örtən gecə isə şimal-qərb bölgəsinə qar yağıb. Qax rayonunun ucqar dağ kəndi olan Sarıbaş kəndinə 4-5 santimetr qalınlığında qar düşüb.

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1607
avatar

Oxşar yazılar