Zaqatala rayonunun dağlıq ərazilərinə qar yağıb
01 iyul 2019 21:17 (UTC +04:00)

Zaqatala rayonunun dağlıq ərazilərinə qar yağıb

 

Zaqatalanın yüksək dağlıq ərazilərinə qar yağıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, son üç gündür ki, respublikanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Bölgəyə fasilələrlə qısamüddətli yağış yağır, havanın temperaturu əvvəlki günlərlə müqayisədə +20 ℃ qədər aşağı düşüb. İyunun 30-dan iyulun 1-nə keçən gecə Zaqatalada havanın hərarəti +13 ℃ qədər aşağı düşüb.

İyunun 30-dan iyulun 1-ə keçən gecə Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsində yüksək dağlıq ərazilərinə qar yağıb. Hazırda rayonda yağmursuz hava şəraiti müşahidə olunsa da, temperatur axşam saatlarında +16 ℃ müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1747
avatar

Oxşar yazılar