Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.
Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Gəncə şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri (idarələri ) və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.