Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkunu qəbul edib. Müdafiə Sənayesi Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə qardaş ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Səfir səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Türkiyənin Azərbaycandakı hərbi attaşesi Nevzat Taşdeler də görüşdə iştirak edib.