Yağışdan sonra çıxan təhlükə: <span style="color:red;">Göbələk yeyilməlidirmi?
14 noyabr 2016 12:02 (UTC +04:00)

Yağışdan sonra çıxan təhlükə: Göbələk yeyilməlidirmi?

 

“Yeyilən - yeyilməyən, ümumiyyətlə, meşədən göbələk yığmaq düzgün deyil”.

 

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Lent.az-a bildirib ki, göbələk çox təhlükəli qida olduğundan hər il payız-qış mövsümündə ondan zəhərlənmələr tez-tez baş verir. Əsasən payız və yaz aylarında göbələk zəhərlənməsi halları qeydə alınır.

 

İ.Abdullayevin sözlərinə görə, payız fəslində nəmlik artır, məhz buna görə də göbələklər bir -birinə çox oxşadığından onun zəhərli ya zəhərsiz növünü təyin etmək çətin olur: “Göbələk yığmaq üçün çox təcrübəli olmalısan. Bəzən göbələk yığılarkən çox halda yabanı zəhərli göbələklər də səhvən yığılır. Zəhərli göbələk də bişirilən yeməyin içərisinə düşdüsə, zəhərlənmədən qaçmaq mümkün deyil. Göbələk zəhərlənməsində göbələyin çiy ya bişmiş olmasının fərqi yoxdur”.

Göbələk zəhərlənməsinin əlamətləri nələrdir?

 

Göbələkdən zəhərlənmə əlamətləri adətən bir neçə saat sonra ortaya çıxır.  Bəzi göbələk zəhərlənmələri 6, bəziləri isə 24 saat sonra biruzə verə bilər. Şiddətli qarın ağrıları, mədə bulantısı, qusma, şiddətli dərəcədə susamaq, bədənin soyuması göbələk zəhərlənməsinin başlıca əlamətləridir.

 

Əl və ayaq keyimələri də göbələk zəhərlənməsinin əlamətləri sırasındadır. 

 

Zəhərlənmiş şəxsdə tərləmə, ishal, qızdırma, nəbz yüksəkliyi, görmədə pozuntu, üz və boyun qızarması, qarın ağrısı kimi əlamətlər görünən kimi dərhal həkimə getmək lazımdır.

 

Əks təqdirdə qaraciyər, ağciyər, ürək və beyin funksiyalarında yavaşlama olur.

 

“Xüsusən bazarlardan alınan göbələklər sağlıq baxımından daha çox təhlükəsizdir. Təzə olduğu və sınaqdan keçdiyi üçün sağlıq baxımından risk daşımır. Məsələn, təsərrüfatlarda yetişdirilən şampinyon göbələyindən istifadə etmək olar. Ancaq meşədən yığılan göbələklər sağlıq baxımından təhlükəli ola bilər. Bəziləri həzm pozuntusuna yol açır, bəziləri isə ölümcül təhlükəlidir", - deyə İ.Abdullayev əlavə edib.

 

İ.Abdullayev son olaraq qeyd edib ki, təhlükəli olduğu üçün göbələkdən kənarda durmaq məsləhətdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476
avatar

Fərizə Əhmədova

Oxşar yazılar