Bakıda və Abşeron yarımadasında aprelin 10-da havanın buludlu olacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.