Xəzər dənizinin səviyyəsi bu qədər azalıb
31 oktyabr 2019 14:15 (UTC +04:00)

Xəzər dənizinin səviyyəsi bu qədər azalıb

“Yağıntıların azalması və temperaturun artması nəticəsində Xəzər dənizində suyun səviyyəsi ötən illə müqayisədə 18 santimetr azalıb”.
 
APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın Xəzər dənizi üzrə Milli Araşdırmalar Mərkəzinin sədri Seyid Məsumə Bəni Haşimi deyib.
 
O bildirib ki, Azərbaycan, Rusiya və Qazaxıstanda yağıntıların azalması Xəzərin səviyyəsinin enməsinə səbəb olub.
 
“Habelə Xəzər dənizinə tökülən Volqa çayında suyun azalması da əsas səbəblər arasındadır”, - deyə Mərkəzin sədri vurğulayıb.
 
Qeyd edək ki, Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Onların arasında əsas yeri Volqa (80 faiz), Kür (6 faiz) və Ural (5 faiz) çayları tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 829
avatar

Oxşar yazılar