Xarici dillərin problemləri Bakıda...
06 may 2013 16:22 (UTC +04:00)

Xarici dillərin problemləri Bakıda...

Azərbaycan Dillər Universitetində Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş  “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda beynəlxalq elmi praktik konfrans  keçirilir. Lent. az-ın məlumatına görə,  konfrans iki gün davam edəcək. Bura yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniyanın, Cənubi Koreyanın, Türkiyənin, Rusiyanın, ABŞ-ın və digər ölkələrin mütəxəssisləri  qatılıblar.

Konfransın plenar iclasında çıxış edən ADU-nun rektoru, millət vəkili Səməd Seyidov qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün sahələrdə olduğu kimi təhsilin də inkişafına xüsusi diqqət və qayğı göstərilib.

Daha sonra çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri İlham Mustafayev iştirakçılara nazirin salamlarını çatdırıb. O bildirib ki,  konfrans təhsil sahəsində aparılan islahatlara, xarici dillərin tədrisi ilə bağlı olan problemlərin həllinə öz müsbət təsirini göstərəcək.

Çıxış edən millət vəkilləri Nizami Cəfərov, Asim Mollazadə və Elmira Axundova da dövlətin təhsilə göstərdiyi diqqətin nəticəsində əldə edilən uğurlardan danışıblar.

 

Onu da qeyd edək ki, beynəlxalq konfrans “Formal və qeyri-formal təhsildə xarici dil təliminin müasir problemləri”, “Xarici dil təlimində İKT: üstünlüklər və çətinliklər” və “Xarici dil təlimində innovativ metod və tələbələrin qabiliyyətlərinin qiymətləndirilməsi ” mövzularından bəhs edən bölmələrdən ibarətdir. Konfransda 160-a yaxın məruzə dinləniləcək. Konfrans sabah öz işini başa çatdıracaq. Bağlanışda bölmə rəhbərlərinin hesabatı dinləniləcək və yekun sənəd qəbul olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032

Oxşar yazılar