Xaricdə işləyənlər necə siyahıya alınacaq? - <span style="color:red;">RƏSMİ CAVAB
29 sentyabr 2019 16:18 (UTC +04:00)

Xaricdə işləyənlər necə siyahıya alınacaq? - RƏSMİ CAVAB

 
Əhalinin siyahıya alınması zamanı ölkədə olmayan şəxslərin qeydiyyatı necə aparılacaq? Əmək fəaliyyəti üçün bölgələrdə olanların, bu və ya digər səbəblərlə ölkə xaricində olanların siyahıya alınma prosesi hansı mexanizmlə həyata keçiriləcək?
 
Lent.az-ın bu suallarını Dövlət Statistika Komitəsində əhalinin siyahıya alınması qrupunun rəhbəri Azad Abbasəliyev cavablandırıb:
 
 
 
“Əhalinin siyahıya alınması zamanı ailə üzvlərindən hər hansı biri yerində deyilsə, məsələn, əmək fəaliyyəti üçün bölgələrə gedibsə, həmin şəxs müvəqqəti qayıb kimi qeydiyyata alınacaq. Bundan başqa, işləmək, istirahət və ya digər səbəbdən ölkəni tərk edənlər də Xarici İşlər Nazirliyində müvəqqəti qayıb kimi qeydiyyata alınacaq. Həmin şəxslər barədə bütün məlumatlar artıq nazirliyə göndərilib. Xaricdə olan vətəndaşlarla bağlı siyahıya alınma Xarici İşlər Nazirliyi, səfirliklər və konsulluqlarla birgə keçiriləcək. Yerində olmayan şəxslərin siyahıya alınmasında tətbiq olunan müvəqqəti qayıb mexanizmi BMT-nin 2020-ci il əhalinin siyahıya alınması prosesi üçün təyin etdiyi beynəlxalq qanuna uyğun həyata keçiriləcək”.
 
Xatırladaq ki, Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” fərman verib. Fərmana əsasən, əhalinin siyahıya alınması oktyabrın 1-dən 10-dək keçiriləcək. Siyahıya alınmanın bütün prosesləri Dövlət Statistika Komitəsinə həvalə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 999
avatar

Mehman Nəbiyev

Oxşar yazılar