Məktəblimiz Avropada bütün rəqiblərini məğlub etdi
11 sentyabr 2019 11:06 (UTC +04:00)

Məktəblimiz Avropada bütün rəqiblərini məğlub etdi

Paytaxt məktəblisi Avropa çempionatından qalibiyyətlə qayıdıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, idarənin tabeliyindəki 183 nömrəli tam orta məktəbin X sinif şagirdi Əkbər Əsədov kikboksinq idman növü üzrə Macarıstanda keçirilən Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb.

Gənclər və yeniyetmələr arasında kikboksun “WAKO” versiyası üzrə keçirilən Avropa çempionatında Ə.Əsədov 48 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Yarımfinal və final yarışlarında azərbaycanlı idmançı rəqibinə nokautla qalib gələrək Avropa çempionu adını qazanıb. Qalib məktəbli qızıl medalla təltif olunub.  İdmançının məşqçi müəllimi əməkdar məşqçi Hakim Hacıyevdir.

Qeyd edək ki, çempionatda 39 ölkədən 1 991 idmançı mübarizə aparıb.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 934
avatar

Aygün İbrahimli

Oxşar yazılar