Azərbaycanın şərqşünas-alimi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri Vasim Məmmədəliyev dünyasını dəyişdi.
Lent.az-a bu məlumatı mərhumun yaxınları da təsdiqləyib. Bildirildiyinə görə, görkəmli alim bir neçə vaxtdı xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1964-cü ildə BDU- nun Şərqşünaslıq fakültəsini bitirib.
Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın əməkdar elm xadimi fəxri adina layiq gorülüb. 2002-ci ildə şöhrət ordeni ilə təltif edilib, 2007-ci ildə milli elmlər akademiyasinin akademiki seçilib.
Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə azərbaycan dilinə tərcümə edib.
Allah rəhmət eləsin!