Hamilə qadınlar üçün çox <span style="color:red;">TƏHLÜKƏLİDİR : Bu virus Azərbaycanda da <span style="color:red;">YAYILIR ?
05 iyul 2019 12:12 (UTC +04:00)

Hamilə qadınlar üçün çox TƏHLÜKƏLİDİR: Bu virus Azərbaycanda da YAYILIR?

“Azərbaycanda “Zika” virusu yayıla bilməz”
 
Bunu Lent.az-a infeksionist həkim Vasif Əliyev deyib. Onun sözlərinə görə, bu xəstəliyin hazırda ölkəmizdə daşıyıcısı olmadığı üçün, heç bir təhlükəsi yoxdur:
 
“Azərbaycanda bu virusun daşıyıcısı qeydə alınmayıb, buna görə də təhlükə yoxdur. Lakin virus keçici olduğu üçün, xəstəliyin yayıldığı ölkələrə səyahət etmək məsləhət deyil. Bu virus qanla və cinsi yolla keçir. Hamilə qadınların da həmin ölkələrə səyahət etmələri düzgün deyil”.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Zika” virusu ilə bağlı həyəcan təbili çalıb. Qeyd edilib ki, bu virus ilk dəfə Uqandada meymunlarda tapılıb və ona yoluxduqdan 3-12 gün sonra xəstəlik baş qaldırır, hərarət, baş ağrısı, gözlərdə qızarma, qusma, əzələ ağrıları kimi simptomlar yaradır. 
 
Ağcaqanad sancması ilə yayılan bu virus hamilə qadınlar üçün olduqca təhlükəlidir. Hələ doğulmamış uşaqların beynində kiçilmə yaradan onları inkişafdan saxlayan bu virus bəzi hallarda uşaqların doğulmadan ölməsinə səbəb olur.
 
ÜST bu xəstəliyin insandan insana keçməsini, qan vasitəsilə və cinsi əlaqə zamanı da yoluxmasını bildirib. Alimlər həmçinin sübut edib ki, “Zika”ya yoluxan ana xəstəliyi birbaşa bətnində olan uşağa ötürür. Anadan olan zaman kiçik baş quruluşuna malik olan bu körpələr inkişafdan qalmış, qüsurlu şəkildə olurlar. 
 
Araşdırmalara görə, “Zika”, adətən tropik qurşaqda yerləşən ölkələrdə daha çox rast gəlinir. Braziliyada sürətlə yayılan bu virus çox keçmədən Latın Amerikasını cənginə aldı. Çili və Kanada istisna olmaqla, digər Amerika ölkələrində fövqəladə vəziyyət elan ediblər. Çili və Kanadanın siyahıda olmama səbəbi sözügedən ağcaqanadların həmin ərazilərdə yayılmamasıdır.
 
ÜST xəbərdarlıq edir ki, virusun qarşısını almaq üçün hər hansı peyvənd də hazırlanmayıb. Mütəxəssislər hələ də virusun çarəsini tapmaq üçün çalışırlar. Peyvəndlərin hazırlanmasının isə çox vaxt alacağı istisna deyil. Ən dəhşətlisi də odur ki, virusun Qərb yarımkürəsində yayılma ehtimalı da böyükdür.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1115
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar