Uşaqlarda eşitməni nə zaman müayinə etmək vacibdir?
11 oktyabr 2019 09:00 (UTC +04:00)

Uşaqlarda eşitməni nə zaman müayinə etmək vacibdir?

Uşaqların eşitməsini 3 ayından başlayaraq yoxlamaq mümkündür.

Bunu ATU-nun Tədris Cərrahiyyə Klinikasının Lor Cərrahiyyəsi şöbəsinin həkimi Afaq Şadlinskaya deyib.

Uşaqlarda eşitməni hansı hallarda müayinə etmək vacib sayılır?

Həkim bildirib ki, həyatının ilk 2-3 ayından başlayaraq uşağın yüksək səsə reaksiyası yoxdursa (yüksək səsin istiqamətini axtarmırsa), 6 ayından başlayaraq qısa əmr cümlələrini (gəl, get, sağ ol və s.) anlamırsa, 1 yasından etibarən sadə sözləri, istəklərini deməyə cəhd etmirsə (su və ya su ver, sağ ol və s.), 2 yasından söz ehtiyatları çoxalmırsa, mütləq eşitməni müayinə etmək lazımdır.

3 yasından etibarən uşaq artıq cümlə qurmalı və fikrini ifadə etməyə başlamalıdır.

Mütəxəssisin sözlərinə görə, uşaqlarda eşitmə problemi anadangəlmə faktorlar, genetik problemlər, qohum evliliyi, yarımçıq və az çəkili doğulma, anadangəlmə sarılıq (qanda bilirubinin 230-dan çox olması), hamiləlik zamanı rubella, toksoplazmoz, sitomeqalavirus və s. titrinin yüksək olması, hamiləlik zamanı ototoksik dərmanla müalicə ilə əlaqədar ola bilər.

Sonradan qazanılma faktorlara isə orta qulaqda mayenin olması (burun tənəffüsünün pozulması zamanı), medikamentoz səbəblər, travmalar və s. aiddir.

3 ayından başlayaraq uşaqların eşitməsini BERA və ASSR testləri vasitəsilə dəqiq müayinə etmək olar.

BERA testi - yuxu vəziyyətində eşitmə sisteminin səs qıcığına qarsı fizioloji həssaslığın ölçülməsi metodudur.

e-tibb.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Oxşar yazılar