Uşaqlar ev işləri görməlidirmi?
Uşaqların ev işləri görməsi doğrudurmu? Buna hər kəsin fərqli cavabı var yəqin ki. Uşaqlara ev işləri gördürmək olmaz deyənlər də var, kiçik yaşlarından onlara bu vərdişləri aşılayanlar da. Bəs əslində necə olmalıdır? Uşaqlar hansı ev işlərini görməlidir? Onlara hansı yaşlardan başlayaraq ev işləri görməyi öyrətmək lazımdır?
Pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu məsuliyyət sahibi olan uşaqlar böyütmək üçün hər yaşa uyğun ev işlərinin olduğunu açıqlayıb:
Onun fikrincə, 2-3 yaş arasında olan uşaqlara oyuncaqlarını toplamaq, kitabları rəfə qoymaq və çirkli paltarları paltar səbətinə atmaq tapşırıla bilər.
4-5 yaş arasında olan uşaqlara yatağını yığışdırmaq, çiçəkləri sulamaq və masanı səliqəyə salmaq, süfrəyə nələrsə aparmaq tapşırmaq olar.
6-7 yaş arasında uşaqlar süfrə salmağı, otağını səliqəli saxlamaq və paltarlarını ayırmağı bacarmalıdır.
8-9 yaş arasında isə çirkli qabları yumaq və ya onları qabyuyan maşına qoymağı, evi və ya həyəti süpürməyi, ən ümdəsi bəsit yeməklər hazırlamağı tapşırmaq olar. Həkim vurğulayıb ki, valideynlər uşaqlarının yerinə hər şeyi edərək onları həyata hazırlaya bilməz.
477