Uşaq festivalı başa çatdı
02 iyun 2018 23:40 (UTC +04:00)

Uşaq festivalı başa çatdı

İyunun 2-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı davam edib. Heydər Əliyev Fondundan Lent.az-a verilən xəbərə görə, Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin ikinci günündə də Bakının azyaşlı sakinləri və qonaqları müxtəlif əyləncələrdə iştirak edib, asudə vaxtlarını dostları ilə birgə keçiriblər.

 

Festivalın ikinci günündə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib, Mərkəzin parkında uşaqlar üçün yaradılmış əyləncə məkanları ilə tanış olub.

 

Xatırladaq ki, Uşaq festivalı iyunun 1-dən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə start götürüb. Festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.

 

Qeyd edək ki, festivalın birinci günündə Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər. Onlar hazırladıqları müxtəlif əl işlərini sərgiləyib, rəqs və musiqi nömrələri ilə çıxış ediblər. Sonda uşaq evləri və internat məktəblərindən olan qonaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

 

Festival iyunun 2-də başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar