Ünvanlı dövlət sosial yardımı alanların sayı açıqlandı
09 aprel 2014 11:10 (UTC +04:00)

Ünvanlı dövlət sosial yardımı alanların sayı açıqlandı

Aprelin 1-nə olan məlumata görə, hazırda 612114 nəfər ailə üzvünü əhatə edən 139573 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Onlardan 39143-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir. 

 

Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 6613 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 293213 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6618 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı 33843 nəfər, işləyən ailə üzvlərinin sayı isə 35567 nəfərdir. Yardım təyin olunan ailələrin 1852-si tərkibində müharibə əlili olan ailələr, 365-i şəhid ailələri, 12583-ü isə məcburi köçkün ailələridir. Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 128,07 manat təşkil edir.

 

 

Ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildə ehtiyac meyarının məbləği 30 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin əvvəlindən 100 manata çatdırılıb.

 

 

Nazirliyin fəaliyyət sahələrində şəffaflığın təmin olunması və müasir tələblərə uyğun iş mexanizmlərinin qurulması istiqamətində həyata keçirilən tədbirlərdən biri də ünvanlı dövlət sosial yardımı sahəsində mövcud olmuş ciddi nöqsanların aradan qaldırılması və ünvanlı yardımların təyinatı prosesinin şəffaflaşdırılması olub. Yardımların təyinatı prosesinə məsul olan, o cümlədən bu prosesdə vətəndaşlarla birbaşa ünsiyyətdə olan kadr korpusunun sağlam mənəviyyatlı, layiqli şəxslərdən təşkil olunması işləri aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705

Oxşar yazılar