Ümumdünya Yay Universiadasının qaliblərinə mükafatlar veriləcək
24 iyul 2013 18:34 (UTC +04:00)

Ümumdünya Yay Universiadasının qaliblərinə mükafatlar veriləcək

 

Prezident İlham Əliyev Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd edilir ki, Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
 

- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;


-ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
 

- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.
 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar