TQDK jurnalistləri mükafatlandırdı
27 sentyabr 2013 16:10 (UTC +04:00)

TQDK jurnalistləri mükafatlandırdı

TQDK- nın elan etdiyi müsabiqənin qalibi olmuş jurnalistlər mükafatlandırılıb. Lent. az-ın məlumatına görə, müsabiqə 2 nominasiya üzrə (2013-2014-cü tədris ili üzrə qəbul kampaniyasının gedişinə həsr olunan ən yaxşı məqalə və ən yaxşı televiziya və ya radio reportajı) aparılıb. 

Bu gün Komissiya sədri Məleykə Abbaszadə mükafatları qaliblərə təqdim edib.

Qeyd edək ki, ən yaxşı məqalə nominasiyası üzrə aşağıda göstərilən mətbuat nümayəndələri mükafatlandırıldılar:  I yer- AzərTac-ın əməkdaşı İbrahim Məmmədov; II yer- APA İnformasiya Agentliyinin əməkdaşı Könül Cəfərova;  III yer- “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva. 

Ən yaxşı televiziya süjeti nominasiyasında aşağıda göstərilən TV nümayəndələri mükafatlandırılırlar: I yer- Azad Azərbaycan televiziyasının əməkdaşı Kərəm Ələsgərov; II yer- Azərbaycan televiziyasının əməkdaşı Ramin Qurban;  III yer- İctimai televiziyanın əməkdaşı Ülviyyə Əlləzova. 

# 661

Oxşar yazılar