Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar oktyabrın 14-dən etibarən öz işinə başlayacaq. Bu barədə Lent.az-a Komissiyanın mətbuat xidmətindən məlumat verilib.
TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirak etməsi nəzərdə tutulan elmi-metodiki seminarlar da eyni vaxtda öz işinə başlayır və eyni qrafiklə fəaliyyət göstərir.
Seminarlarda iştirak etmək arzusunda olanlar TQDK-nın Yoxlama-ölçmə materiallarının işlənməsi sektoruna, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib qeydiyyatdan keçməlidirlər.