Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Dərsliklərin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair hazırlıq iclası haqqında məlumat yayıb. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün respublikanın ümumtəhsil məktəblərində istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair hazırlıq iclası keçirilib.
Gündəlik məsələ yeni istifadəyə verilmiş və yenidən çap olunmuş dərsliklərin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təşkili, qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı olub.