
Toyuq ətindən bastırma - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “lavanda618” adı ilə məşhur olan ustanın toyuq ətindən bastırmanı necə hazırlaması ilə tanış edəcəyik.
Toyuq basdırmasının tərkibi:
Toyuq əti 1 kq, duz 2 kq, çəmən və ya güldəfnə 2 x/q, paprika (qırmızi şirin bibər) 2 x/q, qırmızı acı istiot 1-2 ç/q, qara istiot 1 ç/q, sarımsaq tozu 1,5 x/q.
Hazırlanma qaydası:
Əvvəlcə qab götürüb içərisinə bol duz tökürük. Toyuğun ətini duzun içində basdırırıq. Sonra qabın ağzını örtüb, təxminən bir gün soyuducuda saxlayırıq. Daha sonra ətin üzərini duzdan təmizləyib yuyuruq. Yenidən toyuğu bir gün təmiz suda saxlayırıq, 1-2 dəfə suyunu dəyişmək daha yaxşı olar. Sonra qırmızı acı və qara istiotu sarımsaq tozu, güldəfnə, qırmızı şirin bibərlə qatırıq. Daha sonra ədviyyatı toyuğun üzərinə çəkirik və ətin üstünü tamamilə ehtiyatla bu ədviyyatla örtürük. Növbəti mərhələdə tənziflə üzərini örtürük və quruması üçün ipə düzüb asırıq. 1 həftə sonra götürüb süfrəyə veririk.
Nuş olsun!
Oxşar yazılar

Mart ayı üçün sevgi ULDUZ FALI: Romantika vaxtıdır, daha çox ehtiras və...
3 mart 2025 , 00:02
Buraxılış imtahanı keçirildi - İmtahandan kənarlaşdırılanlar var
2 mart 2025 , 14:33
Vəfat edən hərbçi dəfn olundu
2 mart 2025 , 13:56
İlk dəfə buraxılış imtahanları keçirildi - FOTO
2 mart 2025 , 12:50
Ramazan ayının ikinci gününün DUASI
2 mart 2025 , 12:49
Felmar Ələkbərli vəfat etdi
2 mart 2025 , 12:16
Qar yağacaq, yolları buz bağlayacaq - SABAHIN HAVASI
2 mart 2025 , 12:11