Torpağın keyfiyyəti ilə bağlı standart hazırlanıb
04 noyabr 2014 14:47 (UTC +04:00)

Torpağın keyfiyyəti ilə bağlı standart hazırlanıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında  “Ekologiya” üzrə Texniki Komitənin növbəti iclası keçirilib. Komitədən Lent.az-a verilən məlumata görə, iclasda texniki komitə tərəfindən hazırlanmış “Ətraf mühitin idarə olunması - ərazilərin və təşkilatların ekoloji qiymətləndirilməsinin uyğunlaşdırılaraq təhvil verilməsi, “Torpağın keyfiyyəti”, “Şəhər və sənaye ərazilərində torpaqların çirklənməsinin öyrənilməsi üzrə rəhbəredici sənəd” standart layihələri müzakirə olunub.

İclasın yekununda müzakirə olunmuş standart layihələri üzrə işlərin yekunlaşdırılması və dövlət qeydiyyatına alınması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunması barədə qərar qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477

Oxşar yazılar