Texniki baxış rüsumu: artım təklifi nəyi dəyişə bilər? - VİDEO
27 sentyabr 2019 09:00 (UTC +04:00)

Texniki baxış rüsumu: artım təklifi nəyi dəyişə bilər? - VİDEO

Avtomobilin nasazlığı ilk növbədə, sizin, ailənizə təhlükədir. Əksinə nəqliyyat vasitəsinin “saz” vəziyyətdə olması, təsadüfi qəzalar xaric, təhlükəsizliyə zəmanətdir. Bu səbəbdən nəqliyyat vasitəsinə diqqət yetirmək, necə deyərlər, ən azı “yağını, suyunu” vaxtında dəyişmək vacibdir. Nasazlıq qəza, qəza isə bir çox hallarda faciə deməkdir.
 
Arzuolunmaz hadisələrin baş verməməsi üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən zəruri tədbirlər görülür. Bunlardan biri də avtonəqliyyat vasitələrinə texniki baxış sistemi ilə bağlıdır.
 
Yeri gəlmişkən, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.
 
“Nəqliyyat vasitələrinin qanunla müəyyən olunmuş hallarda texniki baxışdan keçirilməsinə görə, dövlət rüsumu artırılır. Belə ki, rüsum 20 manatdan 30 manatadək qaldırılır”.
 
Ekspertlər də avtomobilin texniki baxışdan keçirilməsini vacib hesab edir:
 
“Çünki biz texniki baxışdan danışırıqsa, burada texniki baxışın həllinə, baxış şəraitinə, prosedurlara elə bir ciddi dəyişiklik baş verməyib. Texniki baxışı keçirən tərəflər arasında hansı bir əlavə öhdəliklər də müəyyən olunmayıb. Ona görə də indiki şəraitdə hələlik bu təklifi aidiyyəti strukturlar müzakirə edib, öz əsaslandırmalarını irəli sürməlidir. Amma mən hesab edirəm ki, hər hansı bir artım varsa, rüsumun özündə artırılan məbləğ varsa, bu da nəyə görə isə olmalıdır”.
 
Sürücülər də edilən təklifdən xəbərdardır. Onlar əksinə, rüsumların artırılmasının yox, azaldılmasını istəyir.
 
DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA TV-yə açıqlamasında deyib ki, müasir avadanlıqlar və müayinə sistemləri ilə təchiz edilmiş yeni Texniki Baxış Mərkəzləri üçün planlaşdırılan tədbirlər sırasında vətəndaş axınının idarə olunması, onları qarşılama, dinləmə, izah etmə - bir sözlə, vətəndaş məmnunluğuna xidmət edəcək digər vacib məsələlərin həlli nəzərdə tutulub.
 
Bundan əlavə, qurum rəsmisi bildirib ki, təklif olunan 30 manat və ya 17 ABŞ dollarına bərabər olan bu rüsum bir sıra dövlətlərdəki analoji məbləğlərlə müqayisədə xeyli aşağıdır. Məsələn, Avropa ölkələrində texniki baxış üçün rüsum təxminən 150, qonşu Gürcüstanda isə hətta 20 ABŞ dollarıdır.
 
Eyni zamanda nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi və ya avtomobil satışı zamanı alıcının tələbi ilə nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsi üçün nəzərdə tutulan dövlət rüsumu - 20 AZN də 30 manata qədər artırılır
 
Qeyd edək ki, layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq. Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952
avatar

Oxşar yazılar