Temperatur enəcək, güclü külək əsəcək
09 sentyabr 2014 12:57 (UTC +04:00)

Temperatur enəcək, güclü külək əsəcək

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.  Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

 

Qeyd edək ki, sentyabrın 10-da ölkədə şimal-qərb küləyinin əsməsi ilə əlaqədar havalar sərinləyəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı düşəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2234

Oxşar yazılar