Temperatur 25 dərəcəyə çatacaq
10 oktyabr 2013 13:00 (UTC +04:00)

Temperatur 25 dərəcəyə çatacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 11-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş direktorunun müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi  məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

 

Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində havanın az çiskinli olacağı ehtimalı var. Cənub küləyi  əsəcək. Havanın temperaturun gecə 9-13  dərəcə,  gündüz 18-23  dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 11-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.  Aran rayonlarında gecə 6-11 dərəcə, gündüz 21-25 dərəcə , dağlarda gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 18 dərəcə isti olacaq.  

 

Meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar