Televiziyalar bu məhsulların reklamında qanunları pozur - <span style="color:red;">SƏDR
10 oktyabr 2019 16:44 (UTC +04:00)

Televiziyalar bu məhsulların reklamında qanunları pozur - SƏDR

Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanın televiziya və radio kanallarının rəhbərləri ilə görüş keçirilib.

Şuradan Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın televiziya və radio yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları qarşılıqlı diskussiya şəraitində müzakirə olunub. 

MTRŞ sədri Nuşirəvan Məhərrəmli kanallarda yayımlanan bəzi proqramların ictimaiyyətdə yaratdığı neqativ münasibətdən, qanunvericiliyin tələblərinin xüsusən, dərman vasitələrinin reklamı sahəsində, tütün məmulatlarının zərərli təsirinin təbliği işində olan normativ tələblərin pozulmasından danışıb.

Şura sədri, 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələblərinə riayət olunması məsələsində yayımçılar qarşısında duran vəzifələr və bu sahədə hazırlıq işlərinə başlanmasının zəruriliyindən də danışıb.

Televiziya və radio kanalların rəhbərləri mövcud problemlərin aradan qaldırılmasında yayımçıların, tənzimləyici orqanın və ictimaiyyətin səylərinin birləşdirilməsini, televiziya kanallarında yayımlanan proqramlarda müxtəliflik və çeşidlilik prinsipinin təbliğ olunmasının vacibliyini vurğulayıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Aygün İbrahimli

Oxşar yazılar