Təhsil ödənişləri ilə bağlı nazirə <span style="color:red;">MÜRACİƏT
08 dekabr 2014 13:08 (UTC +04:00)

Təhsil ödənişləri ilə bağlı nazirə MÜRACİƏT

Təhsil naziri Mikayıl Cabbarovun Saatlıda Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbulu edib.
 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

 

Qeyd edək ki, müraciətlər əsasən, müəllimlərin bir universitetdən digər təhsil müəssisələrinə köçürülməsi, yeni məktəblərin tikintisi və təmiri, təhsil ödənişləri, işlə təminatla bağlı olub. 

# 96

Oxşar yazılar