“Təhsil Nazirliyinin qərarı ilə Dərsliklərin Qiymətləndirmə Şurası (DQŞ) haqqında əsasnamə yenilənib və Şuranın tərkibi alternativ qaydada seçilib. 17 nəfərdən ibarət olan yeni tərkib sabahdan etibarən fəaliyyətə başlayacaq”. Lent.az-ın məlumatına görə, bunu nazirliyin təhsil resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib. O bildirib ki, Təhsil Nazirliyi bu ildən etibarən hər il iki sinfin dərsliyinin çapını sifariş verməyi qərara alıb. Bu il ilk olaraq VII və VIII sinif dərsliklərinin hazırlanacağını deyən Ə.Quliyev qeyd edib ki, VII sinif dərslikləri müzakirələrdən sonra, dərslərin başlanmasına xeyli müddət qalmış məktəblərə veriləcək. Onun sözlərinə görə, bununla da müəllimlər dərsliklərlə daha tez zamanda tanış olacaqlar: “VIII sinfin dərslikləri isə bu il məktəblərə verilməyəcək və həmin dərsliklər çox məhdud sayda çap olunaraq, müəyyən pilot məktəblərdə sınaqdan keçiriləcək. Bununla da sınaq zamanı qarşıya çıxan nöqsan və problemlər vaxtında aradan qaldırılacaq. Növbəti dərs ilində isə dərsliklər məktəblərə ən azı iki ay əvvəldən çatdırılacaq. Ötən ilin dekabrında dərsliklərin çapı ilə bağlı elan olunan tender martda başa çatıb. Tenderin nəticəsinə əsasən, 22 LOT üzrə 35 adda dərslik hazırlanıb və sabahdan şura həmin dərsliklərin qiymətləndirilməsinə başlayacaq”.
Şöbə müdirinin müavini onu da vurğulayıb ki, təhsil sahəsində aparılan islahatlarda əsas hədəf dərsliklərin əvvəlki illərlə müqayisədə keyfiyyətinin təkmilləşdirilməsidir.

Təhsil Nazirliyindən dərsliklərlə bağlı xəbər var - YENİLƏNİB
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06