Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sırasına daha biri əlavə olunub. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiya) onlayn yoxlanılmasına (http://www.nostrifikasiya.edu.az/frontend/az/form) başlanılıb.
Qeyd edək ki, hazırda Təhsil Nazirliyi tərəfindən 5 interaktiv və 20-dən artıq informativ elektron xidmət (http://www.edu.gov.az/view.php?lang=az&menu=394&id=4411) göstərilir. Həmçinin, təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, eləcə də təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması elektron xidmətlərinin göstərilməsi istiqamətində müvafiq işlər davam etdirilir.