Təhsil Nazirliyindən daha 119 gəncə şad xəbər
26 sentyabr 2013 17:52 (UTC +04:00)

Təhsil Nazirliyindən daha 119 gəncə şad xəbər

Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 119 namizəd barədə müsbət qərar qəbul olunub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan gənclərin Azərbaycanın gələcək inkişafına töhfələr verəcəyinə əminliyini bildirir.

 

Bu günə qədər Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində  xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 601 namizəd barədə müsbət qərar qəbul edilib. Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün sənəd vermiş digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271

Oxşar yazılar