Təhsil Nazirliyi şagirdlərin yerdəyişmə QAYDALARInı açıqladı
01 oktyabr 2013 13:02 (UTC +04:00)

Təhsil Nazirliyi şagirdlərin yerdəyişmə QAYDALARInı açıqladı

Azərbaycanda şagirdlərin yerdəyişməsi qaydalarını açıqlanıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmri ilə təsdiq edilən Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydalarına əsasən, ölkə daxilində I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi müvafiq qaydada həyata keçirilir. Övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə və şagirdin qiymət cədvəli təqdim edir. Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. Həmin arayış əsasında valideyn övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin kontingentə daxil olması barədə əmr verilir. Əmrin surəti şagirdin əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun kontingentdən xaric edilməsi barədə əmr verilir.

 

Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün olmayan şagirdlər yalnız yerli məktəblərə keçirilə bilər. Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsinə icazə verilir. Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün şagirdlərin digər məcburi köçkün məktəblərinə və ya yerli məktəblərə yerdəyişməsinə yol verilir. Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri digər rayon və şəhərlərdən ərazilərindəki məktəblərə keçirilmiş X - XI sinif şagirdlərinin dərsə davamiyyətinə görə həmin məktəblərin direktorları ilə birlikdə şəxsən məsuliyyət daşıyırlar. Tabeliyindən asılı olmayaraq, ixtisaslaşdırılmış məktəblərdən şagirdlərin ümumtəhsil məktəblərinə və ya əksinə yerdəyişməsinə valideynin müraciətinə əsasən, Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir. 

 

Ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil səviyyəsindən ilk peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə yerdəyişməsinə icazə verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1597

Oxşar yazılar