Hər bir dövlətin strateji maraqları mövcuddur. Dövlətin strateji maraqları onun hakimiyyətinin üstünlük verdiyi strateji xəttindən asılıdır. Bir çox hallarda strateji maraqlar həyati maraqlara da çevrilmiş olur. Lakin müxtəlif dövlətlərdə bu özünü müxtəlif cür göstərməkdədir. Böyük dövlətlərin həyati maraqları ilə kiçik dövlətlərin həyati maraqları müxtəlif cür təzahür etməkdədir. Lakin bəzi hallarda böyük dövlətlərin strateji maraqları kiçik dövlətlərin həyati maraqları ilə üst-üstə düşə bilər ki, tarixin gedişatında bir neçə dəfə dövlətimiz bu prosesin aktoru olmuşdur.
Sözsüz ki, Azərbaycanın geostrateji mövqeyi və təbii sərvətləri dövlətimizə qarşı bir çox dövlətlərin öz strateji maraqlarına uyğun olaraq planlar qurmasına səbəb olmuşdur. Müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın keçdiyi ağır yol nəticə etibarı ilə məhz bu planların nə dərəcədə Azərbaycana qarşı yönəldiyinin göstəricisi idi. Hakimiyyətin etibarlı əllərdə olmaması və hakimiyyət daxilində olan ziddiyətlər yeni müstəqillik qazanmış ölkəni sarsıtmış və məhvə doğru sürükləmişdir. Lakin tarixin hər dövründə olduğu kimi bu dəfə də Azərbaycan xalqı öz müdrikliyini göstərmiş və hakimiyyətə məhz layiqli birinin, Azərbaycanı başına gətirilmiş bəlalardan xilas edəcək birinin – Heydər Əliyevin gətirilməsinə nail oldu. Hakimiyyətə gəldiyi dövrdən həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsində ölkədə sabitlik yaradan və Azərbaycanı inkişaf yoluna gətirən Heydər Əliyev Ümummili Lider kimi xalqın xalqın hörmətini qazandı və əbədi yaddaşlara həkk olundu.
Bugün Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan sürətlə inkişaf edir, Beynəlxalq aləmdə nüfuz qazanmış, regionun lider dövlətinə çevrilmişdir.
Regionda həyata keçirilən bütün layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilməkdədir. Azərbaycan daxilində yeni zavod və fabriklər açılır. Ölkə tam olaraq inkişaf yoluna qədəm qoymuşdur. Ölkədə ÜDM artmış, əhalinin yoxsulluq faizi aşağı düşmüşdür. Şübhəsiz ki, bu uğurların qazanılmasında Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin rolu danılmazdır. Hakimiyyətə gəldiyi ilk dövrdən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını deyən prezident sözünə əməl etdi və Azərbaycanı bugünkü inkişaf yoluna çıxarmaqla hər bir Azərbaycan vətəndaşı qarşısında yeni imkanlar açmış oldu. Bugün ölkənin həyatında ölkə vətəndaşları daha aktiv iştirak edir və dövlətimizin gaha da güclənməsi üçün əllərindən gələni əsirgəmirlər.
Dövlətimiz inkişaf etmiş və artıq tək öz regionumuzda deyil eyni zamanda digər regionlarda da strateji maraqlarımız mövcuddur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biri kimi çıxış etməkdədir. Dövlətimiz digər ölkələrin də energetika sahəsində böyük rol oynamaqla dünya miqyasında mövqeyini daha da möhkəmləndirməkdədir.
Azərbaycanın həyati maraqları sırasında birinci dərəcəli məsələ Qarabağ problemidir ki, bu problemin həllini sülh yolu ilə nizama salmaqla Regionun lider dövləti kimi Regionda təhlükəsizliyin bərqərar olmasının tərəfdarıdır. Ermənistan işğalçı dövlət kimi problemin həllini uzatmaqdadır. Bu səbəbdən regiondakı bütün layihələrdən Ermənistanı kənar edərək ölkədə vəziyyətin gərginləşməsinə səbəb olmuşdur. Danılmaz faktdır ki artıq Ermənistan xaos içindədir və ölkədən gedənlərin sayı hər ay artır. Erməni xalqı artıq Qarabağ probleminin həllini öz hakimiyyətindən tələb edir və özlər də problem həll olmadıqca Ermənistanda inkişafın olmayacağını təsdiq edirlər. Xalq problemin tezliklə həll olunmasının tərəfdarı kimi çıxış etməkdədir.
Azərbaycan Respublikası inkişaf yolundadır və əldə olunan hər bir uğur xalqın və onun prezidenti olan İlham Əliyevin uğurudur. Azərbaycanın həyati maraqlarını qoruyan və bu istiqamətdə qətiyyətli addımlar atan Prezident
xalqın etimadını, sevgisini və hörmətini qazanmış və xalqının oğlu kimi tanınmışdır!
Hümbətov Tural
Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İ.B., baş katib