2014/2015-ci tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na keçirilən müsabiqə başa çatıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 571 tələbənin adı Proqram təqaüdçüləri siyahısına daxil olub.
Bu tələbələr Harvard, Oksford, HEC Paris kimi ali təhsil müəssisələrindən məzun olmaqla, qısa bir müddətdə Azərbaycana dönərək müvafiq sahələrin davamlı inkişafına təminat verəcəklər.