Təhsil Nazirliyi 10 direktoru mükafatlandıracaq
11 sentyabr 2014 11:16 (UTC +04:00)

Təhsil Nazirliyi 10 direktoru mükafatlandıracaq

 

Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilir. Lent.az-ın məlumatına görə, konfransda təhsil naziri Mikayıl Cabbarov, nazirliyin digər nümayəndələri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər və digər qonaqlar iştirak edirlər.
 

 

Hazırda konfransda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyevin hesabat çıxışı dinlənilir.
 

 

Həmçinin Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova “Təhsil strategiyası və təlimlər”, 182 saylı məktəbin ibtidai sinif müəlliməsi Aygün Kərimova “Müəllimlərin işə qəbulu müsabiqəsi və sınaq qiymətləndirmə”, 193 saylı orta məktəbin direktoru Rəhim Hüseynov isə “Təhsildə kurikulumun tətbiqi” mövzularında çıxışlar edəcəklər.

 


Konfransda rəhbərlik etdikləri orta məktəblərin 3 və daha artıq məzunu 2013-2014-cü dərs ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq qızıl medal qazandıqlarına görə 10 direktor “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1912

Oxşar yazılar