Təhsil naziri gələn ay Lənkərana gedəcək
27 sentyabr 2013 15:54 (UTC +04:00)

Təhsil naziri gələn ay Lənkərana gedəcək

Təhsil Nazirliyi Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşlara müraciət edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib. Belə ki, təhsil naziri Mikayıl Cabbarov oktyabrın 19-da saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya[email protected] elektron poçt ünvanına müraciət edərək 30 sentyabr 2013-cü il tarixli qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar 19 oktyabr 2013-cü il tarixində qəbul ediləcəklər.

Oktyabrın 19-da keçiriləcək qəbul haqqında əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar