Təhsil işçiləri Müəllimlərin XIV Beynəlxalq Spartakiadasında iştirak edir
05 iyul 2018 16:02 (UTC +04:00)

Təhsil işçiləri Müəllimlərin XIV Beynəlxalq Spartakiadasında iştirak edir

 

Azərbaycanın təhsil işçilərindən ibarət komandalar Bolqarıstanda keçirilən Müəllimlərin XIV Beynəlxalq Spartakiadasında iştirak edir.

 

Lent.az xəbər verir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) tərəfindən təşkil olunan yarışlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da qatılıb.

 

Spartakiadanın əsas məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, müxtəlif ölkələrdən olan pedaqoji sahədə çalışan işçilər arasında əməkdaşlığın genişləndirilməsi və sağlam həyat tərzinin təbliğindən ibarətdir. Spartakiadada idmanın futbol, şahmat, çimərlik voleybolu, stolüstü tennis, basketbol növləri üzrə qadınlar və kişilərdən ibarət komandalar güclərini sınayırlar. Yarışlarda Azərbaycan, Bolqarıstan, Ukrayna, Polşa, Tacikistan, Rumıniya və Bolqarıstan şəhərlərinin komandaları iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Yasəmən Bağırova

Oxşar yazılar