Təhqiqat orqanının adı dəyişir
08 aprel 2014 14:39 (UTC +04:00)

Təhqiqat orqanının adı dəyişir

Azərbaycan qanunvericiliyində təhqiqat orqanının adı, təhqiqatçının prokuror qarşısında öhdəliyi dəyişdirilir, ixtisarlar edilir və prokurorun səlahiyyətinə məhdudiyyətlər qoyulur.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən parlamentə göndərilən layihədə bununla bağlı Cinayət-Prosessual Məcəllənin 86-cı maddəsinə dəyişikliklər edilib.

 

Layihəyə əsasən, məcəllədə “Təhqiqat orqanı” adı dəyişdirilərək “İxtisaslaşmış təhqiqat qurumu” adlanacaq. Bundan başqa, təhqiqatçının öz vəzifəsinin icrası zamanı prokuror qarşısındakı öhdəlikləri sırasından “prokurorun əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin etməsi” vəzifəsi çıxarılaraq ləğv edilir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1875
avatar

Oxşar yazılar