"Seçki məntəqələrindən gələn çağırışlarda heç bir gecikmə olmayacaq"
“Havadan, gündən asılı olmayaraq təcili yardım həmişə çağırışlara vaxtında çatmağa çalışır. Bu gün qeyri-iş günü olsa da, seçki günü olduğundan gücləndirilmiş rejimdə çalışırıq”. Bunu Lent. az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Onun sözlərinə görə, seçki məntəqələrindən gələn çağırışlar prioritet kimi götürüləcək: "Çalışacağıq ki, məntəqələrdə heç bir narahatlıq və çağırışlarda gecikmə olmasın".
Baş həkimin müavini onu da vurğulayıb ki, seçki məntəqələrinin hər birinin tibbi yardımla təchiz etmək mümkün deyil: “Çünki nə o qədər həkim heyətimiz, nə də tibbi yardım maşınımız var”.