Tanınmış jurnalistə vəzifə verildi
03 oktyabr 2019 15:04 (UTC +04:00)

Tanınmış jurnalistə vəzifə verildi

Bakı Mühəndislik Universitetində (BMU) təbliğat işinin gücləndirilməsi məqsədilə struktur dəyişikliyi aparılıb.
 
Bu barədə Lent.az-a BMU-dan məlumat verilib. Bildirilib ki, universitetin Mətbuat xidməti ləğv olunaraq, onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
 
Əməkdar jurnalist Elman Babayev şöbənin müdiri vəzifəsinə təyin olunub.
 
E.Babayev uzun illər bir sıra dövlət qurumlarında ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edib, “Kaspi”, “Azərbaycan müəllimi” qəzetlərində, “Trend” İnformasiya Agentliyində çalışıb.
 
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015 -ci il tarixli Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar