Şuranın dəstəklədiyi “Hər şey vətən üçün!” layihəsi yekunlaşdı
Şuranın dəstəklədiyi “Hər şey vətən üçün!” yekunlaşdı
“Kəndlərin İnkişafı” Uşaq və Gənclər İctimai Birliyi “Hər şey vətən üçün!” Yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi layihəsi çərçivəsində yekun tədbirini keçirib.
Tədbirdə qeyd edilib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə icra olunur. Layihənin icrasında əsas məqsədin hərbi xidmətə gedəcək gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi olduğunu bildirən layihə rəhbəri yeniyetmələrə dövlətimizin qəhrəmanlıq tarixinin öyrənilməsinin vacibliyindən danışıb.
Layihənin eksperti gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətindən, Aprel döyüşlərində əsgərlərimizin qəhrəmanlıqlarından danışıb. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun tarixindən və bu tarixi yaradan Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Heydər Əliyev haqqında məlumat verib.
Tədbir iştirakçılarına sertifikatlar təqdim edilib, bukletlər və dəftərxana ləvazimatları paylanılıb.
268